Xorvatiyanın keçmiş prezidenti: “Beynəlxalq ictimaiyyət minalardan zərər çəkmiş ölkələri dəstəkləməlidir”

Xorvatiyanın keçmiş prezidenti: “Beynəlxalq ictimaiyyət minalardan zərər çəkmiş ölkələri dəstəkləməlidir” “Beynəlxalq ictimaiyyət minalardan zərər çəkmiş ölkələri minatəmizlənməsi prosesində dəstəkləməlidir”.
Qarabağ
26 May , 2023 14:19
Xorvatiyanın keçmiş prezidenti: “Beynəlxalq ictimaiyyət minalardan zərər çəkmiş ölkələri dəstəkləməlidir”

“Beynəlxalq ictimaiyyət minalardan zərər çəkmiş ölkələri minatəmizlənməsi prosesində dəstəkləməlidir”.

“Report” xəbər verir ki, bunu Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi və bərpası məsələsində digər ölkələr mina təhlükəsindən zərər çəkmiş ölkələrlə məsuliyyəti bölüşməlidir.

“Xorvatiyada minatəmizlənməsi prosesi hələ də davam edir. Bunun da əsas səbəbi bizdə minalanmış sahələrin xəritələrinin olmamasıdır”, - eks-prezident bildirib.

O qeyd edib ki, hamımız gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq, buna görə də biz təkcə minatəmizlənməsi ilə məşğul olmamalıyıq, ən əsası, müharibə və münaqişə üçün deyil, sülh və əməkdaşlıq uğrunda mübarizə aparmalıyıq.

Son xəbərlər

Orphus sistemi