“Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının Avropa hüquq-müdafiə təşkilatları və fəallarından ibarət nümayəndə heyəti Ermənistan hərbçilərinin 1992-ci il fevralın 26-na keçən gecə Xocalının dinc azərbaycanlı sakinlərinə qarşı törətdiyi kütləvi qırğının ildönümü ilə əlaqədar Qarabağda “Sülhə çağırış” (Call for Peace) adlı yürüş keçirəcək.
Bu barədə "Report" İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə istinadən məlumat verir.
Nümayəndə heyətinə “Srebrenitsa anaları” Assosiasiyası, Soyqırımılarının və kütləvi vəhşiliklərin qarşısının alınması üzrə Budapeşt Mərkəzi, İtaliya İnsan Hüquqları Federasiyası kimi tanınmış hüquq müdafiə təşkilatlarının nümayəndələri daxildir.
“Sülhə çağırış” yürüşü faciənin 31-ci ildönümü münasibətilə Ağdamda keçiriləcək.