“Bölgədə istənilən qeyri-sabitlik Gürcüstanın maraqlarına uyğun deyil”.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia “Rustavi 2” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında gərginliyin mümkün qədər tez azalması çox vacibdir: “Gürcüstan hər iki tərəflə təmasdadır və ümid edir ki, tezliklə vəziyyət sabitləşəcək”.