XİN rəhbəri: "Ermənistan hər gün atəşkəsi pozur, azərbaycanlı hərbçiləri və mülki şəxsləri öldürür və yaralayır"

XİN rəhbəri: "Ermənistan hər gün atəşkəsi pozur, azərbaycanlı hərbçiləri və mülki şəxsləri öldürür və yaralayır" Bakı. 1 mart. REPORT.AZ/ Ermənistan işğalın nəticələrini möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi siyasətini davam etdirir; demək olar ki, hər gün atəşkəsi pozur, azərbaycanlı hərbiçiləri və mülki şəxsləri öldürür və yaralayır.
Qarabağ
1 Mart , 2019 22:02
XİN rəhbəri: Ermənistan hər gün atəşkəsi pozur, azərbaycanlı hərbçiləri və mülki şəxsləri öldürür və yaralayır

Bakı. 1 mart. REPORT.AZ/ "Ermənistan işğalın nəticələrini möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi siyasətini davam etdirir; demək olar ki, hər gün atəşkəsi pozur, azərbaycanlı hərbiçiləri və mülki şəxsləri öldürür və yaralayır".

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının 46-cı sessiyasında çıxışı zamanı deyib.

Nazir Azərbaycan hələ də Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşdiyini diqqətə çatdırıb:

"Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi edərkən, Azərbaycan hələ də Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir. Bu təcavüz nəticəsində ölkəmin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal olunub; təxminən 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrilib; Ermənistanın işğalı altında olan ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib".

E.Məmmədyarov təəssüf hissi ilə ATƏT-in vasitəçilik səylərinin nəticəsiz qaldığını qeyd edib:

"Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticələrinə gətirib çıxarmayıb. Danışıqların bu qəti nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, habelə İƏT-in qətnamələrində, ATƏT-in, Avropa İttifaqının və münaqişə mövzusu ilə məşğul olan demək olar ki, hər bir beynəlxalq təşkilatın müvafiq sənədlərində təsbit olunub.

Bütün bu çağırışlara və münaqişənin sülh yolu ilə həlli üzrə bütün səylərimizə baxmayaraq, Ermənistan işğalın nəticələrini möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi siyasətini davam etdirir; demək olar ki, hər gün atəşkəsi pozur, azərbaycanlı hərbiçiləri və mülki şəxsləri öldürür və yaralayır".

Son xəbərlər

Orphus sistemi