XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınaraq həll olunmalıdır"

XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınaraq həll olunmalıdır" Məmmədyarov Mogeriniyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gedişi barədə məlumat verib
Qarabağ
9 Fevral , 2018 15:17
XİN başçısı: Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınaraq həll olunmalıdır

Bakı. 9 fevral. REPORT.AZ/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini arasında keçirilən görüşdə müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

XİN başçısı Mogeriniyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə regionda olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqların gedişi barədə məlumat verdiyini açıqlayıb.

"Mogerini ilə münaqişənin, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməli olduğu barədə ortaq fikir səsləndirdik", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi