XİN başçısı: "Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasa müstəqilliyi sual altına düşəcək"

Qarabağ
  • 25 oktyabr, 2018
  • 10:13
XİN başçısı: Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasa müstəqilliyi sual altına düşəcək
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov
Report/ Elchin Murad

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Mən Con Boltondan Ermənistanın yeni rəhbərliyinə belə bir sual verməsini xahiş etdim: Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazırdırlar, ya yox?!"

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini şərh edərkən bildirib.

"Ümumilikdə, onlar nə istəyirlər? Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmağa, qonşuluq qurmağa hazırdırlarmı? Təbii ki, Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibəti qurmasa, onda müstəqilliyi böyük sual altına düşür. Bu, birmənalıdır", - nazir deyib.