Xaricdə təhsil almış bir qrup məzunun Ağdama səfəri başlayıb

Xaricdə təhsil almış bir qrup məzunun Ağdama səfəri başlayıb 2007-2015-ci illərdə "Dövlət Proqramı" əsasında xaricdə təhsil almış bir qrup azərbaycanlı məzunun Ağdama səfəri başlayıb.
Qarabağ
31 İyul , 2021 13:19
Xaricdə təhsil almış bir qrup məzunun Ağdama səfəri başlayıb

2007-2015-ci illərdə "Dövlət Proqramı" əsasında xaricdə təhsil almış bir qrup azərbaycanlı məzunun Ağdama səfəri başlayıb.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən səfərə dünyanın bir çox ölkəsindəki ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə təhsil alan 71 məzun iştirak edir.

Səfər zamanı tələbələr Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksini ziyarət edəcəklər. Burada onlara imarətin tarixi barədə geniş məlumatlar veriləcək.

Xatırladaq ki, səfərdə iştirak edən tələbələr “Hökümətlərarası Təqaüd Proqramları” çərçivəsində dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas və təhsil səviyyələri üzrə təhsil alıb. Onlar hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışırlar.

Son xəbərlər

Orphus sistemi