Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və 10 təşkilatın nümayəndələri Laçın rayonunun Zabux kəndində olublar.
“Report” xəbər verir ki, qonaqlar kənddə aparılan bərpa işləri ilə tanış olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün Laçına gəliblər. Onlar “Laçın” sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüdə olub, həmçinin Laçın şəhərində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.