Xankəndində ərzaq çatışmazlığı yaşanır

Xankəndində ərzaq çatışmazlığı yaşanır Şəhər işıqsız qalıb, habelə qaz kəməri də zədələnib və şəhər qazsız qalıb.
Qarabağ
5 Oktyabr , 2020 11:53
Xankəndində ərzaq çatışmazlığı yaşanır

Xankəndində ərzaq çatışmazlığı başlayıb, mağazalar işləmir.

“Report” “znak.com”a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.

Qeyd olunur ki, bununla əlaqədar şəhəri tərk edən insanların axını artır. Onlar İrəvana aparan yol boyunca maşınlarla yola düşürlər.

Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində dünən elektrik stansiyası məhv edilib, nəticədə Xankəndi işıqsız qalıb, habelə qaz kəməri də zədələnib və şəhər qazsız qalıb.

“RİA Novosti” xəbər verir ki, əcnəbi jurnalistlərin çoxu Xankəndini tərk edib. İndi onlar Gorusda cəmləşirlər. Ermənistan hökuməti orada xarici jurnalistlər üçün mətbuat mərkəzi təşkil edəcəyinə söz verib.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Son xəbərlər

Orphus sistemi