Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.
Qarabağ
11 Yanvar , 2021 12:12
Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.

“Report” xəbər verir ki, bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib.

Onun sözlərinə görə, Xankəndi sakini olan bir neçə nəfər ötən gün sərxoş vəziyyətdə havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Son xəbərlər

Orphus sistemi