1988-ci ilin sentyabrın 18-də Azərbaycanın Xankəndi şəhərində Ermənistan xüsusi xidmət orqanlarının azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi terror hadisələrindən 32 il keçir.
"Report" xəbər verir ki, sonradan Ermənistan tərəfindən ərazilərimizin davamlı işğalı, xalqımıza qarşı həyata keçirilən soyqırımlar fonunda 1988-ci ildə Xankəndində baş verən hadisələri bir qədər arxa planda qalıb.
Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması olaraq tarixin bu qaranlıq səhfəsinə yenidən işıq salmağı, Xankəndində erməni təcavüzünə məruz qalan insanların həyat hekayələrindən ibarət məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyaraq “Xankəndi talanları” adlı yeni bir kampaniyaya start verib.
"Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri" QSC-nin texniki dəstəyi ilə lentə alınan video çarxlar sosial medianın tələblərinə uyğun olaraq hazırlanır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması "Xankəndi talanları" kampaniyası çərçivəsində növbəti video çarxı təqdim edir. Bu video çarx Xankəndi şəhərinin sakini Telli Mirzəyevanın ağrılı həyat hekayəsindən bəhs edir.