Xankəndi-Laçın yolunda sülhməramlıların tibb avtomobili maneəsiz keçib 

Xankəndi-Laçın yolunda sülhməramlıların tibb avtomobili maneəsiz keçib  Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus tibb avtomobilinin hərəkətinə növbəti dəfə şərait yaradılıb.
Qarabağ
22 Mart , 2023 14:24
Xankəndi-Laçın yolunda sülhməramlıların tibb avtomobili maneəsiz keçib 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus tibb avtomobilinin hərəkətinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkəti təmin olunub.

Belə ki, tibb avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 46-ya çatıb.

Son xəbərlər

Orphus sistemi