Xan Şuşinskinin qızı: "Atam "Şuşanın dağları" mahnısı ilə gələcək nəsillərə Azərbaycan bayrağını ərməğan edib"

Xan Şuşinskinin qızı: "Atam "Şuşanın dağları" mahnısı ilə gələcək nəsillərə Azərbaycan bayrağını ərməğan edib" "Atam "Şuşanın dağları başı dumanlı" mahnısında sətiraltı olaraq gələcək nəsillərə Azərbaycanın müqəddəs bayrağını ərməğan edib: “Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı”.
Qarabağ
155
14 Sentyabr , 2021 17:46
Xan Şuşinskinin qızı: Atam Şuşanın dağları mahnısı ilə gələcək nəsillərə Azərbaycan bayrağını ərməğan edib

Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin şəhərə səfəri çərçivəsində Şuşaya getdik. Qonaqların üzlərindəki duyğuları oxumaq çox asan idi - hamı belə əzəmətli mənzərə fonunda şəkil çəkdirmək istəyirdi. Yəqin ki, buna görə də vaxtımızın çox hissəsini burada, Cıdır düzündə keçirdik - axı bu, Şuşa ilə ilk tanışlıq məkanımızdır. İlk tanışlıqdan gələn təəssüratlar çox müsbət olaraq qalır, bura gələrkən Şuşaya aşiq olmamağın mümkünsüzlüyünü daha da yaxşı anlamaq olar. Xüsusilə uşaqlıqdan bu yerləri xatırlayan insanlara. Azərbaycanın Xalq artisti Xan Şuşinskinin qızı, onun adına olan fondun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva gənclik xatirələri olan yerlərə qayıtdı:

"Sevincimin həddi-hüdudu yoxdur. Bilirsiniz ki, Şuşa haqqında ilk mahnını mənim atam yazıb. Sözləri də, musiqisi də atama aiddir. Canından artıq sevdiyi, doğma vətəni olan Şuşaya “Şuşanın dağları başı dumanlı” mahnısını yazıb. Atam bilərəkdən “Şuşanın dağları başı dumanlı” yazıb. Buna görə onu Sovet dövründə NKVD-yə dəvət ediblər ki, Sovet Şuşasının da başı dumanlı olarmı? Ancaq onlar bir şeyi başa düşməyiblər ki, atam sətraltı olaraq gələcək nəsillərə Azərbaycanın müqəddəs bayrağını ərmağan edib - “Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl dumanlı”.

Şair Molla Pənah Vaqifin bu yaxınlarda bərpa edilmiş məqbərəsi Cıdır düzündən beş dəqiqəlik məsafədə yerləşir. Bura, səfərimizin növbəti dayanacağı idi.

Daha sonra qonaqlar bərpa edilmiş Yuxarı Gövhər Ağa Məscidində namaz qıldılar. QHT nümayəndələrini işğal zamanı zədələnmiş abidələrlə tanış etdilər. Birinci Qarabağ müharibəsi dövründə güllələnmiş Natəvan, Bülbül və Üzeyir Hacıbəyli abidələri də onların arasında idi. İşğalçılar tərəfindən şəhərə ciddi ziyanın dəyməsinə baxmayaraq, şəhərə yenidən həyat qayıdır və Şuşa təxminən otuz il əvvəl solmuş rənglərinə qayıdır.

Daha ətraflı "Report"un süjetində:

Son xəbərlər

Orphus sistemi