İlk xəbər 19:15-də verilib
Bakı. 5 aprel. REPORT.AZ/ Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib. "Report"un verdiyi xəbərə görə, iсlasda həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edib.
Tədbirdə Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər müşahidə olunan gərginlik müzakirə olunub.
Məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gecə Bakıya gələcəklər. Vasitəçilər həmçinin aprelin 9-da Yerevana səfər edəcəklər.