Sədr müavini: "QHT nümayəndələri erməni vandallığını öz gözlərilə görəcəklər"

Sədr müavini: "QHT nümayəndələri erməni vandallığını öz gözlərilə görəcəklər" “Buraya gəlməkdə məqsədimiz tarixi və mədəni abidələrimizə, yaşayış binalarına qarşı ermənilərin vandallığını hamıya açıb göstərməkdir”.
Qarabağ
179
11 Sentyabr , 2021 16:18
Sədr müavini: QHT nümayəndələri erməni vandallığını öz gözlərilə görəcəklər
Vüsal Quliyev

“Buraya gəlməkdə məqsədimiz tarixi və mədəni abidələrimizə, yaşayış binalarına qarşı ermənilərin vandallığını hamıya göstərməkdir”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşada jurnalistlərə bildirib.

“Bugünkü səfərdə ekologiya, hüquq, mədəniyyət və s. sahələrdə fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak edib. Məqsədimiz ermənilərin vandallığını onlara göstərmək, həmçinin görülən bərpa və quruculuq işləri barədə məlumat verməkdir” – deyən Prezident Administrasiyasının nümayəndəsi səfər iştirakçılarının müxtəlif beynəlxalq platformalarda təmsil olduqlarını, gördüklərini beynəlxalq ictimaiyyətə çatdıra biləcəklərini də qeyd edib.

Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən QHT nümayəndələrinin bir qrupu Şuşaya səfər edib.

Son xəbərlər

Orphus sistemi