Vətən müharibəsinin şəhidi Ağdaşda dəfn olunub - YENİLƏNİB

Vətən müharibəsinin şəhidi Ağdaşda dəfn olunub - YENİLƏNİB Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Məsimov Əkbər Yunis oğlu bu gün dəfn olunacaq.
Qarabağ
7 İyun , 2021 18:37
Vətən müharibəsinin şəhidi Ağdaşda dəfn olunub - YENİLƏNİB
0 : 00
0 : 00

Vətən müharibəsində itkin düşən hərbi qulluqçu Məsimov Əkbər Yunis oğlu dəfn olunub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhid Ağdaş rayonunun Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Ağdaş Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

12:36

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Məsimov Əkbər Yunis oğlu bu gün dəfn olunacaq.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ə.Məsimovun nəşi günün ikinci yarısında Ağdaş rayonunun Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ə.Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Ə.Məsimov subay idi.

Məsimov Əkbər
Məsimov Əkbər

Son xəbərlər

Orphus sistemi