"Azərbaycan hər gün yeni zəfərlərə imza atır. Zamanın nəbzini tutan Prezident İlham Əliyev yürütdüyü siyasəti ilə dövlətimizi daim zirvələrə qaldırır, xalqımızın rifahını yüksəldir. Bütün atılan və verilən qərarlar daim millətimizin mənafeyi nəzərə alınaraq atılır. Ermənistanın faşizm üzərində qurulmuş siyasəti bizim dövlətin gücü və qüdrəti qarşısında uzun müddət davam gətirə bilmədi".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O vurğulayıb ki, Azərbaycan Ordusu daim öz sözünü deyir:
"Biz millət olaraq 44 günlük savaşda hamımız yumruq kimi müzəffər Ali Baş Komandanın, Prezident İlham Əliyevin ətrafında sıx birləşdik. Sanki xalqımız üzük, Prezident isə onun qaşı oldu. Belə dövlətin sarsılmaz şücaəti ilə də torpaqlarımız geri qaytarıldı. Rəşadətli Azərbaycan əsgərinin əzmi, döyüş ruhu çox yüksək olmaqla ali dərəcəyə yüksəldi. Şuşa alınmaz qala kimi görünsə də, cəngavərlərimiz caynaqları ilə cırmaqlayaraq torpağı geri aldılar, Şuşanı geri qaytardılar. Bəli Şuşa! Şuşanın geri qaytarılması özü bir tarixdir. Çünki bu döyüşdə əsl tarix yazılmışdır. Şuşanın necə geri alınması hər kəsə məlumdur. Əlbəyaxa döyüşlər, qanlı savaş hər şeyi göz özünə sərir. Bizim igidlər vəhşi azğın ermənini iti qovan kimi qovub çıxardılar yurdumuzdan. Bu əzm, bu ruh yüksəkliyi, döyüş istəyi bizə Qarabağın işğalından bəri yoldaşlıq edir. Gün gözləyirdik, Prezidentimizin bu əmrini istəyirdik ki, bizim olanı geri alaq".
Deputat bildirib ki,bütün dünya bizim haqq savaşında Azərbaycanın ədalətli qələbəsinin şahidi olub:
"Artıq bütün ölkələr bildi ki Azərbaycan öz sözünü hər bir şəraitdə istər siyasi, istər hərb meydanında deməyə qadirdir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi texnikalar alınmaqla ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, döyüş qabiliyyəti yüksəldi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hərbi xərclərin artırılması ilə sürətlənən ordu quruculuğu prosesini Azərbaycanın bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. Bu dövrdə xüsusilə cənab Prezidentimizin əzmkar duruşu, qətiyyəti hər kəsi bir daha valeh etdi. O bütün siyasi təzyiqlərə sinə gərərək, bizi üzüağ olaraq beynəlxalq arenada tanıtdı. Səlist danışıqı, hazır cavabları ilə cənab qarşısında olanlara dərs keçdi. Sübut etdi ki, Azərbaycanın hər bir vətəndaşı, istər sıravi insan, istərsə də Prezidenti hamımız birik. Biz bir olduqca qələbə bizimlədir. Hər zaman Azərbaycan xalqı Prezidentimizin yanındadır, ona dayaqdır. Vətən müharibəsindəki qələbəmiz illərlə, əsrlərlə danışılacaq. Tarix kitabları yenilənəcək. Biz fəxr edirik belə şanlı dövlətin, qeyrətli vətəndaşı olduğumuz üçün. Gənc nəsillərin bu günləri görməsi, yaşaması böyük fəxr və qürur vericidir. Artıq biz gənc nəsilə bizim şanlı qələbəmizi danışacaq, necə qüdrətli dövlətimiz, müzəffər sərkərdəmiz və ordumuzun olmasından bəhs edəcəyik".