Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Ələkbər Əlövsət oğlu Musayev dəfn edilib.
“Report”un Muğan bürosunun məlumatına görə, onun nəşi Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı onun atası, I Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Musayevə verilib. Dəfn zamanı fəxri qaravul yaylım atəşi açıb.
Qeyd edək ki, Ə.Musayev Cəlilabad rayonunun Vətən müharibəsində verdiyi 97-ci şəhiddir.
Xatırladaq ki, şəhidin atası cənazə həyətə gətirilən zaman qurban kəsib.
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevlə vida mərasimi keçirilir.
“Report”un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak edirlər.
Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ə.Musayev 7 aya yaxındır Murovdağ istiqamətində itkin düşmüşdü.
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
“Report”un xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
Şəhidin nəşi Cəlilabad rayonunun Mollalı kəndinə gətiriləcək və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə.Musayev iyunun 16-da 1999-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.