Vətən müharibəsi veteranlarına avadanlıqlar təqdim edilib

Vətən müharibəsi veteranlarına avadanlıqlar təqdim edilib Müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəs
Qarabağ
29 Sentyabr , 2022 16:44
Vətən müharibəsi veteranlarına avadanlıqlar təqdim edilib

Şərqi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində bir qrup müharibə veteranına seçdikləri biznes istiqamətlər üzrə mal və materiallar təqdim edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri çərçivəsində onlara avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, un məmulatları istehsalı və avtotəmizləmə xidmətləri zərfi üzrə iş fəaliyyətini təşkil etmək üçün bütün lazımı avadanılıqlarla təmin ediliblər.

Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilib, daha sonra isə qiymətləndirmədən keçib. Aktivlərlə təmin olunan şəxslərə bundan sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər veriləcək və özünüməşğulluq fəaliyyətinin 1 il ərzində bu fəaliyyətin monitorinqi aparılacaq.

Qeyd edək ki, ötən həftə ərzində daha 5-ə yaxın şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub. Bu ilin ötən dövründə isə proqram çərçivəsində 2080 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib. Ümumilikdə postmüharibə tədbirləri çərçivəsində 13 400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Son xəbərlər

Orphus sistemi