Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan bulaq kompleksinin açılışı olub

Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan bulaq kompleksinin açılışı olub Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan bulaq kompleksinin açılışı olub.
Qarabağ
3 Dekabr , 2021 15:47
Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan bulaq kompleksinin açılışı olub

Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan bulaq kompleksinin açılışı olub.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Ərəbqubalı kəndində baş tutan açılış mərasimində Kürdəmir Rayon İcra Hakimiyyəti əməkdaşları, hüquq-mühafizə orqanlarınn nümayəndələri, din xadimləri, təhsil və mədəniyyət işçiləri, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak ediblər.

Çıxış edənlər bildirdilər ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqın birliyi, Ali Baş Komandanın qətiyyəti, Ordunun gücü, əsgər və zabitlərin peşəkarlığı, qəhrəmanlığı parlaq Qarabağ zəfərinin qazanılması ilə nəticələndi.

Tədbirdə Ərəbqubalı kənd tam orta məktəbinin şagirdlərinin şəhidlər haqqında hazırladıqları bədii kompozisiya nümayiş etdirilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi