Vətən müharibəsi şəhidlərinin xatirəsi Cəlilabadda yad edilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi Cəlilabadda yad edilib Cəlilabad rayonunda Vətən müharibəsi şəhidləri anılıb.
Qarabağ
103
22 Oktyabr , 2021 10:08
Vətən müharibəsi şəhidlərinin xatirəsi Cəlilabadda yad edilib

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidləri anılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhərində Səfərov Maarif Mikayıl oğlunun, rayonun Ocaqlı kəndində Ağahüseynli Səyyad Əliyar oğlunun, Göytəpədə İbadov Vüqar Sadiq oğlunun və Məmmədrzalı kəndində Məmmədov Kənan Tofiq oğlunun anım mərasimləri keçirilib.

Mərasimlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçmiş şəhidlərin xatirəsi yad edilib, onların məzarları ziyarət edilib və onların ruhuna dualar oxunub.

Qeyd edək ki, Səfərov Maarif Mikayıl oğlu 1997-ci ildə Cəlilabad şəhərində anadan olub. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ağahüseynli Səyyad Əliyar oğlu 2002-ci ildə Ocaqlı kəndində anadan olub. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

İbadov Vüqar Sadiq oğlu 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə " və "Füzulinin azad olunmasına görə " medalları ilə təltif edilib.

Məmmədov Kənan Tofiq oğlu 1998-ci ildə Məmmədrzalı kəndində anadan olub. Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olub və "Vətən uğrunda ", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə " medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi