Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı olub 

Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı olub  Biləsuvar rayonunda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nəriman Əlizadənin və Əmrah Xəlilzadənin xatirəsi ehtiramla anılıb.
Qarabağ
30 Noyabr , 2021 15:57
Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı olub 

Biləsuvar rayonunda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nəriman Əlizadənin və Əmrah Xəlilzadənin xatirəsi ehtiramla anılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qəhrəman şəhidlərimizin anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri hər iki şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olub.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Əlizadə Nəriman Nurəhməd oğlu - 6 aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hərbi xidmətdən əvvəl "Rəvan" və "Neftçi" futbol klublarının aşağı yaş qruplarında çıxış edib.

Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub və ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Vətən Müharibəsi şəhidi Xəlilzadə Əmrah İnqilab oğlu - 1 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. Şəhər 6 saylı tam orta məktəbində orta təhsilini alıb.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət qulluqçusu Əmrah Xəlilzadə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Əmrah Xəlilzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi