Vətən müharibəsi şəhidlərinin adına bulaq kompleksinin açılışı olub

Qarabağ
  • 04 mart, 2022
  • 10:55
Vətən müharibəsi şəhidlərinin adına bulaq kompleksinin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, açılışda rayon sakinləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Açılışda çıxış edənlər cəlilabadlı şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.

Həmçinin bulaq kompleksində yerləşən lövhəyə şəhidlərin fotoları və onlar haqqında məlumatda yerləşdirilib.

44 filmi