Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən abidənin açılışı olub

Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən abidənin açılışı olub Saatlı rayonunda Vətən müharibəsi şəhidi Mehtiyev Elgiz Şahin oğlunun əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə rayonun Bəylər kəndində inşa olmuş Abidə kompleksinin açılış mərasimi keçirilib.
Qarabağ
4 Mart , 2022 14:49
Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən abidənin açılışı olub

Saatlı rayonunda Vətən müharibəsi şəhidi Mehtiyev Elgiz Şahin oğlunun əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə rayonun Bəylər kəndində inşa olmuş Abidə kompleksinin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər və şəhidin yaxınları iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər şəhidin göstərdiyi igidliklərindən söz açıblar.

Qeyd edək ki, şəhid Elgiz Mehtiyev 1999-cu ildə anadan olub. Vətən müharibəsi zamanı Qubadlı uğrunda döyüşlərdə şəhid olub. "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi