Vətən müharibəsi şəhidi Goranboyda dəfn edilib

Vətən müharibəsi şəhidi Goranboyda dəfn edilib Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İxtiyar Əliyevin nəşi ailəsinə verilib.
Qarabağ
14 Oktyabr , 2021 12:25
Vətən müharibəsi  şəhidi Goranboyda dəfn edilib

Vətən müharibəsi şəhidi gizir İxtiyar Əliyev dəfn edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub. 

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Baş prokurorluq  Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun kimliyinin müəyyən edilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, şəhidin valideynlərinin istəyi ilə təkrar keçirilən DNT analizlərinin cavablarına əsasən şəhid olan hərbi qulluqçunun İxtiyar Əliyev olduğu təsdiq edilib. 

12:00

Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan gizir İxtiyar Əliyevlə vida mərasimi başlayıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda onun ailəsinin yaşadığı Goranboy rayon Goranlı kəndində şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər. Vida mərasimindən sonra şəhid Goranlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1994-cü il il təvəllüdlü gizir İ.Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda olub. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı ondan məlumat alınıb. Həmin gündən sonra yaxınları ondan bixəbər idi. Bir müddət öncə itkin hesab edilən 7 hərbiçilərimizdən birinin nəşi tapılıb. Dünən isə tapılan nəşin İ.Əliyeva məxsus olduğu təsdiqlənib və onun Şəhid olduğu məlum olub.

Mərhum ailəli idi, övladı isə yoxdur.

Allah rəhmət etsin!

11:45

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İxtiyar Əliyevin nəşi ailəsinə verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhid gizirin nəşi bu gün 11:40 radələrində onun doğulduğu Goranlı kəndinə gətirilib.

Şəhidlə 12:00-da vida mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi