Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib Biləsuvar rayonunda Vətən müharibəsi şəhidi gizir Tahir Qəribəli oğlu Əlizadənin doğum günü qeyd edilib.
Qarabağ
21 İyun , 2021 21:53
Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib
0 : 00
0 : 00

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidi gizir Tahir Qəribəli oğlu Əlizadənin doğum günü qeyd edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, anım tədbiri şəhidin evində baş tutub. Tədbirdə rayon rəsmiləri və yerli sakinlər iştirak edib.

Daha sonra şəhid gizirin məzarı ziyarət edilib. Məzarı üstünə tər güllər düzülüb.

Qeyd edək ki, şəhid gizir Əlizadə Tahir Qəribəli oğlu 1994-cü ildə Biləsuvar şəhərində doğulub.

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi