Vətən müharibəsi şəhidinin adına tikilən bulağın açılışı olub

Vətən müharibəsi şəhidinin adına tikilən bulağın açılışı olub Masallıda Vətən müharibəsi şəhidi Sənan Seyfullayevin xatirəsinə inşa edilən bulağın açılışı olub.
Qarabağ
13 Yanvar , 2022 14:00
Vətən müharibəsi şəhidinin adına tikilən bulağın açılışı olub

Masallıda Vətən müharibəsi şəhidi Sənan Seyfullayevin xatirəsinə inşa edilən bulağın açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Ərikivan qəsəbəsində şəhidin xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilib.

Bulağın açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, Vətən müharibəsi işirakçıları və qazilər, eyni zamanda, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin keçdiyi ömür yolundan və Vətən müharibəsindəki şücaətlərindən danışıblar.

Məlumat üçün bildirək ki, S.Seyfullayev 2016-cı ilin oktyabrında həqiqi hərbi xidmətə gedib və 2017-ci ilin aprelində xidmətini kəşfiyyatçı əsgər kimi başa vuraraq təxris edilib.

44 günlük Vətən müharibəsi başlayan zaman S.Seyfullayev könüllü olaraq ön cəbhəyə yollanıb.

O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərərək düşmənə qarşı qəhrəmanlıqla vuruşub.

S.Seyfullayev oktyabrın 30-da Qubadlı rayonu istiqamətində, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun nəşi 71 gündən sonra tapılıb.

71 gün itkin kimi axtarılan Sənan Seyfullayev ötən il, 2021-ci ilin yanvar ayının 10-da tapılıb və ailəsinə təhvil verilib. İki gündən sonra şəhidin nəşi onun boya-başa çatdığı Ərkivan qəsəbəsinin qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Şəhid Sənan Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi