Vətən müharibəsi qazisi vəfat edib

Vətən müharibəsi qazisi vəfat edib Vətən müharibəsi döyüşlərində yaralanan və 12 gün əvvəl komaya düşən Zeynal Fizuli oğlu Şahhüseynov dünyasını dəyişib.
Qarabağ
809
16 İyun , 2021 15:33
Vətən müharibəsi qazisi vəfat edib
Zeynal Şahhüseynov

Vətən müharibəsi döyüşlərində yaralanan və 12 gün əvvəl komaya düşən Zeynal Fizuli oğlu Şahhüseynov dünyasını dəyişib.

Bu barədə “Report”a mərhumun ailə üzvləri məlumat verib.

Bildirilib ki, Z.Şahhüseynov 44 günlük Vətən müharibəsi zamanı kəllə-beyin travması alıb:

“Müharibədən sonra Zeynal bir neçə dəfə müalicə olunub. 12 gün öncə komaya düşdü, daha sonra onu Bakıya - Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirdik. O, bu gün xəstəxanada dünyasını dəyişdi”.

Z.Şahhüseynovun ailə üzvlərinin sözlərinə görə, mərhum Masallı şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Z.Şahhüseynov Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb. O, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb və hospitala yerləşdirilib.

Z.Şahhüseynov ailəli idi, azyaşlı qızı əmanət qalıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi