Vaşinqtonda Qarabağ haqqında virtual sərginin və kitabın təqdimat mərasimi keçirilib

Vaşinqtonda Qarabağ haqqında virtual sərginin və kitabın təqdimat mərasimi keçirilib Mərasimdə Ermənistan-Azərbaycan münaqişəsi dövründə məhv edilən eksponatlar nümayiş etdirilib
Qarabağ
23 Oktyabr , 2015 18:05
Vaşinqtonda Qarabağ haqqında virtual sərginin və kitabın təqdimat mərasimi keçirilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Vaşinqtonda - ABŞ Konqresinin binasında www.azerbaijaniartifacts.com virtual sərgisinin başlanmasına həsr olunan “Azərbaycan mədəniyyətinə səyahət” adlı təqdimetmə mərasimi keçirilib. Bu barədə “Report”a Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin mətbuat xidmətindən məlumat verilib.

Şuranın dəstəyi ilə “Qarabağ” Fondunun təşkil etdiyi tədbirdə Azərbaycanın mədəni irsinin artefaktları təsvir olunan fotoplakatlar, tarixi xəritələr və Ermənistan-Azərbaycan münaqişəsi dövründə məhv edilən eksponatlar nümayiş etdirilib.

Mərasimdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov, həmçinin Senat və Konresin rəsmiləri və digər qonaqlar iştirak edib. “Qarabağ” Fondunun rəbəri Diana Koen çıxışında beş ildir ki, Azərbaycan həqiqətlərini mədəniyyətin təbliği vasitəsilə amerikalılara çatdırmağa çalışdıqlarını qeyd edib. Diana Koen amerikalıların əksəriyyətinin Azərbaycan mədəniyyəti haqqında məlumatsız olduğunu bildirib. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində məhv edilən abidələri haqqında da danışıb: “Biz istəyirik ki, Konqresdəkilər Azərbaycanı yaxşı başa düşsünlər. Çünki, Azərbaycanın deyəsi sözləri çoxdur. Bu, çox çətindir. Çünki Konqresdəkilərin fikirləri müxtəlifdir. Amma daha asan odur ki, amerikalı görsün və Azərbaycan barəsində öyrənsin”.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın qərblə şərq arasında körpü rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən ölkə olduğunu vurğulayıb. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda tədbir iştirakçılarına ətraflı məlumat verərək, işgal altında olan ərazilərdəki nadir mədəniyyət abidələrinin məhv edildiyini diqqətə çatdırıb.

Toplantıda Smitson İnstitutu yanında Asiya Mədəniyyət Tarixi Proqramının direktoru Pol Maykl Teylorun arxeoloji araşdırmaları və tapıntıları maraqla qarşılanıb. Boru kəmərləri dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gücüstan, Türkiyə” adlı kitabını tədbir iştirakçılarına təqdim edən Pol Maykl Teylor nəşrdə Azərbaycan mədəniyyəti ilə bağlı geniş məlumatların əksini tapdığını deyib: “Bunu işləmək çox çətin idi. Düşünürəm ki, amerikalı olub başqa ölkə haqqında məlumat toplamaq asan olmur. Mən bu iş üçün Mərkəzi Asiya ölkələrinə dəfələrlə səyahət etmişəm və muzey işlərini araşdırmışam”.

Qarabağ həqiqətlərini dünyada tanıdacaq bu kitab həm də Konqresin kitabxanasında saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi