Vahid Hacıyev: Ağalı milli prioritetlərin və “Böyük Qayıdış” proqramının həyata keçirilməsinə nümunədir

Vahid Hacıyev: Ağalı milli prioritetlərin və “Böyük Qayıdış” proqramının həyata keçirilməsinə nümunədir Zəngilan rayonunun Ağalı “ağıllı kənd”i “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Böyük Qayıdış” dövlət proqramı ilə bağlı nümunədir.
Qarabağ
24 Aprel , 2024 14:21
Vahid Hacıyev: Ağalı milli prioritetlərin və “Böyük Qayıdış” proqramının həyata keçirilməsinə nümunədir

Zəngilan rayonunun Ağalı “ağıllı kənd”i “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Böyük Qayıdış” dövlət proqramı ilə bağlı nümunədir.

“Report” xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

“Ərazilərimiz işğaldan azad edildikdən sonra ölkəmiz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, eləcə də, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş “Böyük Qayıdış” dövlət proqramını özündə əks etdirən hərtərəfli strategiyanı müəyyən edib. Buna bariz misal kimi Ağalı kəndini göstərmək olar”, - o vurğulayıb.

Onun sözlərinə görə, kənddə rahat yaşamaq üçün bütün şərait yaradılıb: “İnşaat işləri zamanı istilik izolyasiya materiallarından istifadə olunub, evlərin dam örtüyü suyun qızdırılması üçün günəş panelləri ilə təchiz edilib”.

Son xəbərlər

Orphus sistemi