Ukrayna səfirliyi: “KİV işçilərinin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı”

Ukrayna səfirliyi: “KİV işçilərinin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı” “Azərbaycan vətəndaşları, AzTV və AzərTac-ın müxbirlərinin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı”.
Qarabağ
164
5 İyun , 2021 10:39
Ukrayna səfirliyi: “KİV işçilərinin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı”

“Azərbaycan vətəndaşları, AzTV və AzərTac-ın müxbirlərinin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı”.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi tvitter səhifəsində yazıb.

“Yaralananlara şəfa diləyirik. Təəssüflər olsun ki, Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir”, – səfirlik qeyd edib.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi