Ukrayna səfiri: "Bütün Qarabağ infrastruktur intibahı dövrünü yaşayır"

Ukrayna səfiri: "Bütün Qarabağ infrastruktur intibahı dövrünü yaşayır" “Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır - söhbət Kəlbəcərdən gedir! Təsadüfi deyil ki, inanılmaz dağ mənzərələri və zəngin tarixə malik bu Qarabağ bölgəsi Azərbaycan xalqının beşiyi adlandırılır”.
Qarabağ
31 May , 2022 18:38
Ukrayna səfiri: Bütün Qarabağ infrastruktur intibahı dövrünü yaşayır

“Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır - söhbət Kəlbəcərdən gedir! Təsadüfi deyil ki, inanılmaz dağ mənzərələri və zəngin tarixə malik bu Qarabağ bölgəsi Azərbaycan xalqının beşiyi adlandırılır”.

“Report” xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz feysbuk səhifəsində xarici diplomatların Kəlbəcər rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşərkən qeyd edib. 

“Bu gün bütün Qarabağ kimi, Kəlbəcər rayonu da infrastruktur intibahı dövrünü yaşayır: yeni nəqliyyat arteriyaları yaradılır, elektrik stansiyaları tikilir, memarlıq abidələri bərpa olunur. Rayonun iqtisadi gələcəyinə çox diqqət yetirilir. Azərbaycanın bu hissəsinin faydalı qazıntı yataqlarının, müalicəvi mineral sularının olması, eləcə də sehrli gözəlliyi investisiya və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Əminəm ki, Kəlbəcər tezliklə Azərbaycanın atributlarından birinə çevriləcək, bura məmnuniyyətlə baş çəkənlər sadəcə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri olmayacaq”, - diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi