Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət ediblər 

Udilər Laçındakı "Ağoğlan" məbədində növbəti dəfə ibadət ediblər  Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə "Ağoğlan" məbədini ziyarət ediblər
Qarabağ
411
11 May , 2021 15:24
Udilər Laçındakı Ağoğlan məbədində növbəti dəfə ibadət ediblər 

Bu gün Laçın rayonunda səfərdə olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə "Ağoğlan" məbədini ziyarət ediblər.

"Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı ərəfəsində monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.

Beləliklə, qədim Alban kilsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarəti reallaşıb.

Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.

Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi