Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi bölgədə sülhün təmin edilməsi üçün lazımi atmosferi yaradıb”       

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi bölgədə sülhün təmin edilməsi üçün lazımi atmosferi yaradıb”        “Keçmiş Qarabağ problemi yalnız Azərbaycanın yox, bütün türk dünyasının, həmçinin Türkiyənin də qanayan yarası idi. Bildiyiniz kimi uzun illər ərzində Ermənistan yürütdüyü işğalçılıq siyasəti ilə yanaşı həm də təxribatçılıq fəaliyyəti ilə məşğul olurdu. H
Qarabağ
13 Oktyabr , 2021 08:07
Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi bölgədə sülhün təmin edilməsi üçün lazımi atmosferi yaradıb”       

“Keçmiş Qarabağ problemi yalnız Azərbaycanın yox, bütün türk dünyasının, həmçinin Türkiyənin də qanayan yarası idi. Bildiyiniz kimi uzun illər ərzində Ermənistan yürütdüyü işğalçılıq siyasəti ilə yanaşı həm də təxribatçılıq fəaliyyəti ilə məşğul olurdu. Heç bir beynəlxalq konvensiyanın tələblərinə əməl etməyən Ermənistan prosesin birdəfəlik dondurulacağını zənn etsə də, yanıldı”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna açıqlamasında Giresun Universitetinin İdarəetmə və İqtisadiyyat fakültəsinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Yalçın Sarıkaya bildirib.

O qeyd edib ki, Vətən müharibəsinin ardınca Azərbaycan və Türkiyə dövlət başçılarının verdiyi birgə bəyanatlar, qələbədən sonra keçirilən və tarixi məna daşıyan “Zəfər paradı” regionun gələcəyi ilə əlaqədar bütün dünya ictimaiyyətinə verilən ciddi mesajdır:

“Düşünürəm ki, bunlarla yanaşı 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi bölgədə sülhün təmin edilməsi üçün lazımi atmosferi yaradıb”.

Son xəbərlər

Orphus sistemi