Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi Ermənistanın təxribatını pisləyib

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi Ermənistanın təxribatını pisləyib Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı bəyanat yayıb.
Qarabağ
17 İyul , 2020 20:39
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi Ermənistanın təxribatını pisləyib

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı bəyanat yayıb.

TÜİB-dən "Report"a verilən məlumata görə, bəyanatda deyilir ki, dünya birliyi tərəfindən təcavüzkar dövlət kimi ad çıxarmış Ermənistanın dost və qardaş Azərbaycana xain hücumu bütün TÜİB ailəsini dərindən hiddətləndirib. Təkcə Azərbaycanın yox, eyni zamanda, regionun sülh və əmin-amanlığını təhlükəyə atan, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğu şübhə doğurmayan, insan tələfatı ilə nəticələnən bu cür əməlləri şiddətlə qınayırıq.

“Bildirmək istəyirik ki, istər iş adamları təşkilatı kimi, istərsə də vətəndaş olaraq Prezident İlham Əliyevin müvafiq tapşırıqlarını gözləyirik və onları yerinə yetirməyə hazırıq. Türkiyə və Azərbaycan prezidentləri arasındakı xalqlarımızın ruhuna uyğun səmimi dostluq və qardaşlıq münasibətlərinə hər cür töhfə vermək bizim üçün şərəfdir.

Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşada Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və düşmənə gözdağı olan əzəmətli abidə ucaldacağımıza əhd edirik. İnşallah, o gün uzaqda deyil. Vətənimizi qoruyarkən şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Zəfər bizimlə olsun!”, - bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi