Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tvitter səhifəsində paylaşım edilib.
“Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, - səfirlikdən bildirilib.
Azerbaycan topraklarının bütünlüğü uğrunda hayatını feda eden 2.783 kardeşimizi rahmetle anarak, yaralı kardeşlerimize acil şifalar diliyor ve “İki Devlet Bir Millet” anlayışıyla her zaman Azerbaycan’ın yanında olacağımızı bir kere daha tekrarlıyoruz. pic.twitter.com/qkfPQpSa4u