​Türkiyə prezidenti: "Rusiya Gürcüstan, Ermənistan, Suriya, Ukraynada da tərəfkeşlik edib"

​Türkiyə prezidenti: "Rusiya Gürcüstan, Ermənistan, Suriya, Ukraynada da tərəfkeşlik edib" Ərdoğan: "Tariximizin, vicdanımızın, əcdadımızın, ağlımızın bizə göstərdiyi istiqamətdə yolumuza davam edirik"
Qarabağ
117
6 Aprel , 2016 14:44
​Türkiyə prezidenti: Rusiya Gürcüstan, Ermənistan, Suriya, Ukraynada da tərəfkeşlik edib

Bakı. 6 aprel. REPORT.AZ/ "Rusiya deyir ki, Türkiyə Azərbaycanla Ermənistan arasındakı münaqişədə tərəf tutur. Əgər bu məsələdə tərəf tutan varsa, o da Rusiyadır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra nümayəndələri ilə görüşündə bildirib.

"Rusiya Gürcüstanda, Ermənistanda, Suriyada, Ukraynada da tərəf olub. Türkiyə olaraq bizim vəziyyətimiz çox fərqlidir. Bizim Azərbaycanla qardaşlığımız və qohumluq əlaqələrimiz var. Oralardakı hər ağrı-acı bizim də gözlərimiz yaşardır - Balkanlar, Qafqazlar və Krımdakı kimi. Oraları özümüzdən ayrı görə bilmərik. Oralardan gələnləri ölkəmizdə qonaqpərvərliklə qarşılayırıq.

Tariximizin, vicdanımızın, əcdadımızın, ağlımızın bizə göstərdiyi istiqamətdə yolumuza davam edirik", - deyə türk dövlətinin lideri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi