Türkiyə Gürcüstana yeni hərbi attaşe təyin edib

Türkiyə Gürcüstana yeni hərbi attaşe təyin edib Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ölkənin müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.
Qarabağ
6 Noyabr , 2020 15:49
Türkiyə Gürcüstana yeni hərbi attaşe təyin edib
0 : 00
0 : 00

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ölkənin müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Səfir Türkiyənin Gürcüstana yeni təyin etdiyi hərbi attaşe Burak Altıneri nazirə təqdim edib.

Tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Gürcü nazir türkiyəli səfirə hərbi sahədə maddi-texniki dəstəyə görə minnətdarlıq edib. Görüşdə məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvarlıq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi