​Türkiyə baş nazirinin müşaviri: "Rusiya Qarabağ münaqişəsinin həllində vacib rol oynaya bilər"

​Türkiyə baş nazirinin müşaviri: "Rusiya Qarabağ münaqişəsinin həllində vacib rol oynaya bilər" "İrəliləyişin gözlənildiyi daha bir bölgə Cənubi Qafqazdır"
Qarabağ
139
6 Dekabr , 2014 12:25
​Türkiyə baş nazirinin müşaviri: Rusiya Qarabağ münaqişəsinin həllində vacib rol oynaya bilər

Bakı. 6 dekabr. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynaya bilər".

"Report"un verdiyi məlumata görə, bu barədə Türkiyə baş nazirinin müşaviri İbrahim Kalın "Sabah" qəzetinə yazdığı məqalədə deyilir.

Onun sözlərinə görə Türkiyənin Krım, Ukrayna və Suriya məsələlərində fikir ayrılığı olsa da, rəsmi Ankara Rusiya ilə birlikdə bu məsələlərin çözülməsini istəyir: "İrəliləyişin gözlənildiyi daha bir bölgə Cənubi Qafqazdır. Rusiya bu məsələnin həll olunması, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətlərində vacib rola malikdir. Bu üç ölkə arasında əlaqələrin normallaşması, 1915-ci ildəki hadisələrin 100-cü ildönümündə əsas müzakirə mövzusu ola bilər. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi bu mənada xüsusi yerə malikdir", - İ.Kalın məqaləsində yazıb.

Son xəbərlər

Orphus sistemi