Tovuzda şəhidlərin xatirəsi anılıb

Tovuzda şəhidlərin xatirəsi anılıb Şəhidlərimizin əziz xatirəsi Tovuzda da bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ
4 Dekabr , 2020 19:29
Tovuzda şəhidlərin xatirəsi anılıb

Şəhidlərimizin əziz xatirəsi Tovuzda da bir dəqiqəlik sükutla yad edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, küçələrdə avtomobillər və piyadalar hərəkətini dayandıraraq sayğı duruşu ediblər, nəqliyyat vasitələri siqnal veriblər.

Vətən müharibəsində canları və qanları ilə tarix yazanların ruhuna dualar oxunub, yaralı hərbçilərimizə şəfa dilənib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Son xəbərlər

Orphus sistemi