MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.
Qarabağ
28 Sentyabr , 2020 09:33
MN: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib
0 : 00
0 : 00

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Son xəbərlər

Orphus sistemi