Tahir Mirkişili: “Paşinyan hökuməti dolayı yolla müharibə variantını seçib”

Tahir Mirkişili: “Paşinyan hökuməti dolayı yolla müharibə variantını seçib” “Bir az öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan xalqına müraciəti oldu. Müraciətdəki etiraflardan bəlli olur ki, ordumuz tərəfindən darmadağın olmaq durumundadırlar”.
Qarabağ
14 Oktyabr , 2020 17:08
Tahir Mirkişili: “Paşinyan hökuməti dolayı yolla müharibə variantını seçib”
Tahir Mirkişili

“Bir az öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan xalqına müraciəti oldu. Müraciətdəki etiraflardan bəlli olur ki, Ordumuz tərəfindən darmadağın olmaq durumundadırlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Paşinyan maraqlı etiraflarda bulunub. Məlum oldu ki, Azərbaycan tərəfindən aparılmış diplomatik fəaliyyətin nəticəsində Paşinyan hakimiyyətə gələndə bu vəziyyətlə qarşılaşıb: İşğal olumuş 5 rayonu qaytarmaq, sonra isə 2 rayonun qaytarılması qrafikini müəyən etmək, daha sonra Qarabağın Azərbaycan tərkibində statusunun müəyyən olunması ilə razılaşmaq. Yəni işğal olunmuş rayonlar status əvəzində deyil, sülh əvəzində geri qaytarılmalı idi. Əks halda, müharibə olacaq. Yəni Ermənistan düşünürdü ki, işğal olunmuş rayonları geri verməklə əvəzində Dağlıq Qarabağın müstəqillik statusunu Azərbaycandan alacaq. Amma onlara təklif edilən - ərazilərin əvəzində sülh olub. Paşinyan hökuməti bu şərtlərdən imtina edib. Yəni dolayı yolla müharibə yolunu seçib. Və bu gün də o seçimin acı nəticəsini yaşayırlar”, - o qeyd edib.

“Azərbaycanın indi də şərti əvvəlki kimidir: “ərazi əvəzinə sülh”. Yəni ərazilərimizi tərk edin, əvəzində sülh alın. Paşinyan vəziyyətin çox çətin olduğunu, böyük itkilərin olduğunu etiraf edərək bu vəziyyətin ermənilərin birləşməsi üçün əsas siqnal olmalı olduğunu dedi. Mübarizələrinin nəticəsinin müstəqil Qarabağ olmalı olduğunu deyən Paşinyan rəşadətli Azərbaycan Ordusu üçün mühüm imkanlar yaratdı. İnşallah kapitulyasiya masasında görüşənədək! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan İlham Əliyev!”, - millət vəkili fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi