Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub
Qarabağ
- 09 yanvar, 2023
- 07:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şuşa şəhərində qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, şəhərin küçələrinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.
Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.
Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.
Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.
Qeyd edək ki, yanvarın 7-si gecə saatlarından başlayaraq Şuşa şəhərinə qar yağır. Hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 14-16 sm-ə çatıb.
Son xəbərlər
13:42
Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib
Xarici siyasət
13:40
Hərbi və fövqəladə vəziyyətdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək
Daxili siyasət
13:34
APRM: Afrika süni intellektin tətbiqi üçün əsas problemləri həll etməlidir
Xarici siyasət
13:34
Azərbaycan Xəzərin Su Bioresursları Komissiyasına sədrlik edəcək
ASK
13:34
Elman Ələkbərov: "Çexiya ilə oyunda qalib gəlmək şansımız var"
Futbol
13:30
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
İnfrastruktur
13:26
Dublin-Roma reysi ilə uçan təyyarə Fransadakı aviabazaya məcburi eniş edib
Digər ölkələr
13:16
"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib
Formula 1
13:16
Elene Qubianuri: "Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıyıq"
ASK