Prezidentin xüsusi nümayəndəsi: "Şuşada köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir"

Prezidentin xüsusi nümayəndəsi: "Şuşada köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir" Şuşada bir çox abidələr Ermənistanın işğalı nəticəsində zədələnib, bəziləri tamamilə dağıdılıb.
Qarabağ
19 İyun , 2022 13:27
Prezidentin xüsusi nümayəndəsi: Şuşada köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir
Aydın Kərimov

Şuşada məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.

Xüsusi nümayəndə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xalqımızın qəti iradəsi sayəsində 28 il davam edən işğala son qoyulub. Müharibə başa çatdıqdan dərhal sonra o cümlədən Şuşa şəhərində yenidənqurma işlərinə başlanılıb.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib.

Son xəbərlər

Orphus sistemi