Şuşada BMT və ANAMA-nın təşkilatçılığı ilə minatəmizləmə üzrə konfrans keçirilir

Şuşada BMT və ANAMA-nın təşkilatçılığı ilə minatəmizləmə üzrə konfrans keçirilir Şuşada minatəmizləmə mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Qarabağ
7 Fevral , 2023 13:04
Şuşada BMT və ANAMA-nın təşkilatçılığı ilə minatəmizləmə üzrə konfrans keçirilir

Şuşa şəhərində minatəmizləmə mövzusunda konfrans başlayıb.

“Report” xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir zamanı iştirakçılar minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparacaq, Azərbaycanda ilk qadın minatəmizləmə komandalarının yaradılması ilə gender inklüzivliyinin təşviq edilməsini, eləcə də QHT-lərin minatəmizləmə işinə potensial olaraq daha çox cəlb olunmasını müzakirə edəcəklər.

Bu layihənin strategiya və məlumatların idarə edilməsi sahələrində ANAMA-nın institusional potensialını gücləndirməyə və artırmağa imkan verəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi