Suqovuşanda arzusuna qovuşdu

Suqovuşanda arzusuna qovuşdu Vətən müharibəsində canından keçərək şəhid olan igid oğullarımızdan biri də MAXE Nazim Eynulla oğlu Beydiyevdir. "Report"un Yuxarı Şirvan bürosunun əməkdaşları Şamaxının Mirikənd kəndində şəhidin yaşadığı evə baş çəkib, ailəsi ilə həmsöhbət olubla
Qarabağ
2 Fevral , 2021 17:35
Suqovuşanda arzusuna qovuşdu

Vətən müharibəsində canından keçərək şəhid olan igid oğullarımızdan biri də MAXE Nazim Eynulla oğlu Beydiyevdir.

"Report"un Yuxarı Şirvan bürosunun əməkdaşları Şamaxı rayonunun Mirikənd kəndində şəhidin yaşadığı evə baş çəkib, ailəsi ilə həmsöhbət olublar.

Nazim orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. O, xidmətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olub Ordu sılarına qayıdır.

Hərb sənəti çətin peşə olduğundan ilk əvvəl anası övladının qərarı ilə razılaşmasa da, zamanla qəbul etməli olub.

Beləcə, Nazim təlim kursunu uğurla başa vuraraq yenidən Orduya qayıdıb. Çalışdığı bir neçə il ərzində özünü səliqəli, nizam-intizamlı hərbi qulluqçu kimi tanıdıb, bir sıra təltiflərə layiq görülüb.

Sentyabrın 27-si müharibə başlayanda Nazim də ön cəbhədə, səngərlərdə olub. Murovdağ, Ağdərə və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayıb yaxşı olduğunu deyirmiş.

Oktyabrın 3-ü əmisinə zəng edib Nazimin ağır yaralı olduğunu deyiblər. Çox çəkmir ki, son döyüş yeri olan Suqovuşanda şəhid olması xəbəri gəlir. Uşaq yaşlarından bədbəxt hadisə nəticəsində atasını itirdiyindən ailəni idarə etmək də Nazimin çiyinlərinə yüklənib.

Yaşasa idi, doğum gününü qeyd edəcəkdi Nazim. Hər il olduğu kimi, ailəsi, sevdikləri ilə birgə.

Son xəbərlər

Orphus sistemi