Bakı. 8 dekabr. REPORT.AZ/ Slovakiyanın xarici işlər naziri Miroslav Layçiklə Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakyan Azərbaycanın işğal altında olan
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, müzakirə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən illik 25-ci toplantısı çərçivəsində reallaşıb.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən Slovakiya ATƏT-ə sədrlik edəcək. Ölkənin xarici işlər naziri isə təşkilatın fəaliyyətdə olan sədri olacaq.