Sergey Lavrov: "Qarabağ münaqişəsinin həllində yaxından iştirak etmişik"

Sergey Lavrov: "Qarabağ münaqişəsinin həllində yaxından iştirak etmişik" Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib.
Qarabağ
14 Yanvar , 2022 13:07
Sergey Lavrov: Qarabağ münaqişəsinin həllində yaxından iştirak etmişik

"Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

O deyib ki, biz müxtəlif münaqişələrin həlli ilə bağlı işlərə yaxından cəlb olunmuşduq: "Bunlar Qarabağ, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı, Fələstin, Koreya yarımadasındakı vəziyyətdir”.

XİN başçısı həmçinin Qazaxıstanın üz-üzə qaldığı “aşkar terror təhlükəsi”ni dəf etməyə Rusiya sülhməramlı qüvvələrin kömək göstərdiyini də söyləyib.

Son xəbərlər

Orphus sistemi