Şəhid zabitimizin üzünü görmədiyi körpəsinə Şuşa adı veriləcək

Şəhid zabitimizin üzünü görmədiyi körpəsinə Şuşa adı veriləcək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək şəhid olan qəhrəmanlardan də biri baş leytenant Ağayev Elçin Zakir oğludur.
Qarabağ
17 Yanvar , 2021 17:58
Şəhid zabitimizin üzünü görmədiyi körpəsinə Şuşa adı veriləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək şəhid olan qəhrəmanlarımızdan də biri baş leytenant Ağayev Elçin Zakir oğludur.

“Report”un Muğan bürosu şəhid zabtin evində olub, onun ailəsi ilə görüşüb.

Ağayev Elçin Zakir oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

O, 2010-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini bitirərək peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da digər qəhrəmanlar kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-sı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhidin atası Zakir Ağayev oğlunun vətənpərvər olduğunu vurğuladı: “Oğlumla fəxr edirəm ki, uzun illərdir işğal altında olan müqəddəs torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O, vətənpərvər oğul idi. Həmişə Vətənlə fəxr edirdi. Bu yolu öz seçdi. Qarabağımızın işğaldan olunacağı günü səbirsizlikə gözləyirdi. Şuşa şəhərini işğaldan azad etmək və oranı görmək Elçinin ən böyük arzularından biri idi. Amma o, Şuşanı görə bilməsə də arzusunu övladlarının timsalında gerçəkləşdirəcəm - övladlarını Şuşaya aparacam”.

Şəhidin həyat yoldaşı Kəmalə Ağayeva da onunla bağlı xatirələrini bölüşdü. Onun sözlərin görə, Elçin həmişə düşmənə qarşı nifrəti ilə seçilirdi: "O, düşmənə qarşı qəzəb hissi ilə yaşayırdı. Məhz bu qəzəb onu daha da gücləndirmişdi. Biz onunla fəxr edirik. Müqəddəs Qarabağımız məhz Elçin kimi qəhrəmanların canı və qanı bahasına düşməndən azad olundu".

Şəhid baş leytenant Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Onun 2 övladı yadigar qalıb. Şəhidimizin dünyaya gələcək üçüncü övladına Şuşa adı veriləcək. Ailə üzvləri körpənin daşıyacağı bu adı Elçinin həsrətində olduğu Şuşa şəhəri ilə əlaqədar olduğunu vurğuladı.

Son xəbərlər

Orphus sistemi