Şəhid sərhədçinin doğum günündə anım tədbiri keçirilib

Şəhid sərhədçinin doğum günündə anım tədbiri keçirilib Vətən Müharibəsində həlak olmuş şəhid-sərhədçi baş leytenant Ceyhun Nəhmətovun doğum günündə anım tədbiri keçirilib.
Qarabağ
128
10 Sentyabr , 2021 12:08
Şəhid sərhədçinin doğum günündə anım tədbiri keçirilib

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqla­rımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş şəhid-sərhədçi baş leytenant Ceyhun Nəhmətovun doğum günündə anım tədbiri keçirilib.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, gül çələngi qoyublar.

Bakı şəhərinin Xəzər rayonunda şəhid Ceyhun Nəhmətovun xatirəsinə yaradılmış abidə-bulaq kompleksində davam edən anım mərasiminə qatılanlar Dövlət Sərhəd Xidməti Akademiyasının 2016-cı il məzunu olmuş Ceyhun Nəhmətovun sərhədçi-zabit andına və şərəfinə sadiq qalaraq Vətən Müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdiyini, Füzuli və Cəbrayıl rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliy­yatlarda qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyini, Zəngilan rayonu istiqamətində gedən qızğın döyüş­lər­də qəhrə­manlıq göstərərək şəhadət zirvəsinə ucaldığını qeyd ediblər.

Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirə­sinin hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.

Sərhədçi şəhid Ceyhun Nəhmətovun döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamları ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edildiyi qeyd olun­ub.

Baş leytenant Ceyhun Nəhmətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, şəhidlərin xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinin ziyarət edilmə­sinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtira­mı­nın bariz nümunəsi olduğunu bildiribər.

Son xəbərlər

Orphus sistemi